Hindistanda turist gəmisi batıb - 20-yə yaxın adam ölüb

00:41 - 8 May 2023 - DÜNYA

Hindistanın Kerala ştatında turist gəmisi batıb.

Ucnoqta.az xəbər verir ki, faciə baş verən zaman gəmidə əksəriyyəti uşaqlar olmaqla 30 nəfər olub.

Məlumata görə, hazırda 18 nəfərin öldüyü məlumdur. Qayığda üzmək üçün minənlərin əksəriyyəti məktəblilər olub.

Hindistanın baş naziri Narendra Modi xilasedicilərin hadisə yerində olduğunu bildirib.

Yaralılar və ölənlərin cəsədləri sahilə çıxarılır.

Xəbər xətti