Cənubi Koreyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü CNN telekanalı ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya komandanlığına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin KXDR ilə sərhədinə ən yaxın ABŞ Hərbi Hava Qüvvələri bazası olan Osan aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Pilot katapult edib, xəstəxanaya yerləşdirilib.
Yanğını söndürmək üçün yanğınsöndürənlər qəza yerinə göndərilib.
Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.