Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya gedəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Türkiyə mətbuatına müsahibəsində bildirib.
“Biz Moskvadan rəsmi təsdiq almışıq. Mayın 10-da Moskvaya yola düşəcəyik. Səhər mənim Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz nazirlərin görüşündə iştirak edəcəyik”, – Türkiyə XİN rəhbəri bildirib.
Ankara ilə Dəməşq münasibətlərinin nizamlanmasına dair görüşdə Rusiya, İran, Suriya və Türkiyənin nümayəndələri iştirak edəcək.