Zelenski Bəhreyn xarici işlər nazirini qəbul edib

15:40 - 5 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya səfərə gələn Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyanini qəbul edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib. Zelenski onu Kiyevin təklifləri əsasında Ukraynadakı münaqişənin həllində iştirak etməyə dəvət edib.

Əl-Zayani ilə görüşdə Zelenski qeyd edib ki, bu, 1992-ci ilin iyulunda ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra Bəhreynin xarici işlər agentliyinin rəhbərinin Ukraynaya ilk səfəridir.

Xəbər xətti