Yaxın günlərdə "Vaqner" hərbi dəstəsi Baxmutdan çıxacaq
Ucnoqta.az xəbər verir ki, hərbi dəstənin başçısı Yevgeni Priqojin video müraciətində deyib. Onun sözlərinə görə, "Vaqner"in mövqeləri RF Müdafiə Nazirliyinin bölmələrinə təhvil veriləcək.
Yevgeni Priqojin bildirib ki, mərmi çatışmazlığı səbəbindən vaqnerçilər mayın 10-da Baxmutdan çıxarılacaq.
"Mən Vaqner PMC bölmələrini Baxmutdan çıxarıram, çünki sursat olmadıqda onlar mənasız ölümə məhkumdurlar" - deyib.