Ukraynanın dəniz sahəsi 14 min kvadratmetr km sahədə minalanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü "Ukrinform"a müsahibəsində Ukrayna müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk bildirib.
O, minalanmış ərazilərlə bağlı sualı cavablandırarkən “14 min kvadrat kilometr dəniz əraziləridir” deyib.
Vaxtaşırı Odessada və bölgədə sahilə çıxan minaların idarə olunan partlaması ilə bağlı partlayışlar baş verir.