Gürcüstan mayın 5-dən Rusiya ilə sərhəddə avtomobillər üçün keçidləri bağlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Facebook səhifəsində məlumat yayıb. Gürcüstan hakimiyyəti Kazbegi-Yuxarı Lars gömrük-keçid məntəqəsində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan gələn avtomobillərin ölkəyə girişini müvəqqəti məhdudlaşdırıb.
Qeyd olunur ki, bu gün Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə keçid məntəqəsi mayın 5-dən etibarən bağlanıb.