Adını dəyişən azərbaycanlı məşhurlar - SİYAHI

11:03 - 5 May 2023 - MAQAZİN

Bir çox ifaçılar sənət həyatına başlayarkən adlarını dəyişirlər. Uğurlu və yaddaqalan ad sənətkarın ifası qədər önəmlidir.

Ucnoqta.az lent.az-a istinadən məşhurlaşmaq üçün adını dəyişən tanınmışlar barədə məlumat verir.

Müğənni Nura Surinin əsl adı Aynurə Qəzənfərqızıdır.

Müğənni Nəfəs əvvəllər Günel Məmmədli, Hiss isə Röya idi.

Röya Ayxanın əsl adıysa Röyalədir.

Aparıcı Nanə Nənəxanım, Azərin isə Anaxanım adıya böyümüşdülər.

Əməkdar artist Cavan Zeynallının adı rəsmi səndələrdə Cavanşir Zeynalov, Xatun isə Nərgiz Əliyeva kimi qeydiyyatdan keçib.

Damlanın əsl adı Məsumədir.

Reperlərin ad dəyişməsi, təxəllüslə çıxış eləməsi adətdir. Reper Cinin adı Ceyhun Zeynalov, Qurdun adı Fərid Eminovdur.

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın adı əvvəllər Güllü olub

Türkiyəli tanınmışlardan Burcu Esmersoyun əsl adı Kamilə Burcudur.

Sibel Canın adı Sibel Cangürbe idi. Ahu Tuğba - Tuğba Çetin, Müjde Ar - Kamile Suat Ebrem, Adile Naşit - Adele Özcan, Perihan Savaş - Şerife Perihan, Zara - Zara Neşe Yılmaz, Mahsun Kırmızıgül isə əslində Abdullah Bazengirdir.

Xəbər xətti