Paşinyan və komandası Bakı və İrəvanın Vaşinqtonda heç nəyə imza atmamasını istəyirdi

10:50 - 5 May 2023 - Xəbər

Paşinyan və komandası dua edirdi ki, Bakı və İrəvan Vaşinqtonda heç nəyə imza atmasınlar

Ucnoqta.az xəbər verir ki, bu barədə Hraparak yazıb.

"Hakim partiya sözün əsl mənasında dua edirdi ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlardan sonra heç bir sənəd imzalanmasın", - qəzet qeyd edir.

Səbəb İrəvanın hər hansı sənədin imzalanmasının ABŞ və Rusiya arasında münaqişənin yeni raunduna səbəb ola biləcəyindən, Kremldə əsəbi reaksiyaya səbəb olacağından ehtiyat etməsidir - Paşinyan bunun əvəzini ödəməli olacaq.

Eyni zamanda, qəzet yazır ki, İrəvan hesab edir ki, iyunun 1-də Kişinyovda keçiriləcək sammitdə hansısa sənəd imzalana bilər. 

Xəbər xətti