Vaşinqton İranın nüvə silahı əldə etməyə cəhd edəcəyi təqdirdə İsrailin “fəaliyyət azadlığı” hüququnu tanıyır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib. Onun sözlərinə görə, Amerika tərəfi İrana bu məsələdə öz mövqeyini açıq şəkildə bəyan edib. Sallivan ABŞ prezidenti Co Baydenin İsrailin hərəkət azadlığını tanımaqla bu iddianı dəstəkləmək üçün addım atacağı barədə dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb.
Eyni zamanda, Sallivan qeyd edib ki, ABŞ İran dövləti ilə nüvə proqramı ilə bağlı əməkdaşlığı davam etdirəcək. O, həmçinin İranın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasını faciəvi səhv adlandırıb.