Yaponiyada güclü zəlzələ olub

10:14 - 5 May 2023 - DÜNYA

Yaponiya dənizi sahilində Honsyu adasının mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Niiqata da daxil olmaqla Yapon dənizi sahillərindəki bir neçə prefekturanın sakinləri tərəfindən hiss olunub.

Xəbər xətti