Bakı və İrəvan davamlı sülh sazişinə doğru irəliləyiş əldə edib - Blinken (YENİLƏNİB)

22:55 - 4 May 2023 - Xəbər

Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olandır" - Blinken bildirib.

22:35

“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələləri müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”, - ABŞ dövlətkatibi bildirib.

"Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də [sülh] razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə etmək olar, lakin son mərhələ həmişə ən çətin olanıdır.

Xəbər xətti