Ankarada rusiyalı və ukraynalı deputatlar arasında İNSİDENT: Ukrayna bayrağını ... -VİDEO

21:20 - 4 May 2023 - Xəbər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının keçirildiyi Ankarada rusiyalı və ukraynalı nümayəndə heyətləri arasında insident yaşanıb

Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Kadrlardan da göründüyü kimi, Rusiya nümayəndələrindən Dövlət Dumasının deputatı Valeri Stavitski deputatın əlindən Ukrayna bayrağını alaraq və naməlum istiqamətə aparmağa cəhd edib. Ukraynanın xalq deputatı Oleksandr Marikovski bayrağı ondan alaraq rusiyalı deputata zərbə endirib.

Türkiyə parlamentinin mühafizəçiləri nümayəndələri ayırmalı olub.

Xəbər xətti