Ukrayna hərbi xidmətə çağırış yaşını 27-dən 25-ə endirməyi planlaşdırır
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
İdarədən bildirilib ki, çağırış yaşının 27-dən çox olmaması səbəbindən, çağırışçı statusu olmayan xeyli sayda vətəndaşlar səfərbərlik zamanı hərbi xidmətə çağırıla bilmirlər.
Çağırış yaş həddinin azaldılmasının səbəbləri arasında tibbi müayinələr üçün əlavə maliyyə xərcləri və hərbi həkim komissiyasından keçmək üçün növbələrin artması da var.