44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri və yaxınları Ermənistan hökumət binasının qarşısına kəsilmiş donuz başları düzüblər.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyasında onlar respublikanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumətin istefasını tələb ediblər.
İştirakçılar mayın 9-u ərəfəsində də genişmiqyaslı etiraz aksiyaları elan ediblər.