Zelenski Rusiyaya qarşı tribunal yaradılmasını təklif edib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı beynəlxalq tribunal yaradılmasını təklif edib.
"Təcavüz üçün məsuliyyət olmalıdır və buna yalnız beynəlxalq tribunalın köməyi ilə nail olmaq olar", - Zelenski Beynəlxalq Cinayət Məhkəməsində çıxış edərkən deyib.
O, həmçinin qeyd edib ki, Haaqaya səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin sədri Piotr Hofmanski və məhkəmənin katibi Osvaldo Aqilera ilə görüşüb.