Belçikanın baş naziri Aleksandr de Kroo Hollandiyada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Nidrlanda getdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aleksandr de Kroo özünün “Twitter” səhifəsində məlumat verib.
“Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Niderland baş naziri Rutte və Ukrayna prezidenti Zelenski ilə görüşmək üçün Haaqaya getdim. Dəstəyimiz möhkəm olaraq qalır. Görüşümüz xüsusilə Niderlandın müharibə qurbanlarını xatırladığı və sabah azadlıq və demokratiyanı qeyd edəcəyi zaman xüsusi əhəmiyyət kəsb edir”, - de Kroo yazıb.