Nazarbayevin qohumu 7 il müddətinə azadlıqdan məhrum edilib

14:56 - 4 May 2023 - DÜNYA

Mayın 4-də Astana məhkəməsi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldıya özbaşınalıq və adam oğurluğunda təqsirli bilinərək əmlakı müsadirə olunmadan 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bundan başqa, Satibaldı Qazaxıstanın dövlət mükafatı - “Kurmet” ordenindən də məhrum ediləcək.

Bu iş üzrə ikinci təqsirləndirilən Satibaldı Madi Batırşayevin sürücüsü də 7 il, üçüncü müttəhim, adam oğurluğunun səbəbkarı Rəşid Utebekov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gülmira Satıbaldı 2022-ci il martın 16-da saxlanılaraq Astanada müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ona və bir sıra digər şəxslərə qarşı biznesin zəbt edilməsi ilə bağlı araşdırma elan edib. 2023-cü ilin yanvarında məlum oldu ki, Satibaldı adam oğurluğu və özbaşınalıqda ittiham olunur. İstintaqın məlumatına görə, Satibaldı böyük içki şirkətlərinin səhmlərini ələ keçirməyə çalışıb, Mekeşevanı qaçırıb və uşaqlarını öldürməklə hədələyib. Zərərin məbləği 6 milyard tengedən çox olub. 

Gülmira Satıbaldı əvvəllər Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı ilə evli olub, 2018-ci ildə Qazaxıstanın Forbes nəşrinə görə ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib, onun sərvəti 163 milyon dollar dəyərində qiymətləndirilib. Kayrat Satıbaldı dövlət qulluğunda çalışıb, paytaxt merinin müavini olub, milli şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, 2022-ci ilin martında da saxlanılıb və sentyabrda məhkəmə onu əmlakı müsadirə olunmaqla və 10 il müddətinə dövlət qulluğunda işləmək hüququndan məhrum edilməklə 6 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkib. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və “Kazaktelekom” SC-nin vəsaitlərini xüsusilə külli miqdarda mənimsəməkdə təqsirli bilinib.

Xəbər xətti