Peskov ABŞ-ı Ukraynanın Kremlə hücumunda ittiham edib

14:01 - 4 May 2023 - DÜNYA

Ukraynanın Kremlə hücumunun arxasında ABŞ dayanır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək cəhdləri, əlbəttə ki, tamamilə gülüncdür. Biz yaxşı bilirik ki, bu cür hərəkətlər və terror aktları ilə bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir. Kiyev isə artıq deyilənləri yerinə yetirir”, - Peskov qeyd edib.

Kremlin sözçüsü Rusiyanın Kremlə hücuma reaksiyasının təfərrüatlarını açıqlamaqdan imtina edib. O vurğulayıb ki, ancaq ölkənin maraqlarına cavab verən düşünülmüş addımlardan danışmaq olar.

Xəbər xətti