Paris Kiyevə yeni yardım paketi hazırlayır

12:43 - 4 May 2023 - DÜNYA

Fransa Ukraynaya yeni yardım paketi hazırlayır

Ucnoqta.az xəbər verir ki, Fransanın xarici işlər naziri Catherine Colonna France Info radiosunda bildirib ki, Paris Kiyevə yeni yardım paketi hazırlayır.

O, qeyd edib ki, Fransa Ukraynaya lazım olan bütün yardımı göndərir.

“Biz artıq Kiyevə artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini, döyüş sursatlarını və zirehli texnikaları təhvil vermişik... Hazırda biz yeni yardım paketi üzərində işləyirik”, - deyə Kolonna vurğulayıb.

O, Ukraynaya gələcək yardımın vacibliyini bir daha vurğulayıb.

Xəbər xətti