Son sutkada daha 650 rusiyalı hərbiçi Ukraynada həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Beləliklə, Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 192590-a çatıb.
Bundan əlavə, ötən gün Rusiya ordusunun 5 tank, 17 zirehli texnika, 16 artilleriya sistemi, 3 MLRS, 4 hava hücumundan müdafiə sistemi, 18 PUA, 21 maşın, 7 xüsusi texnikası məhv edilib.