Mayın 4-nə keçən gecə Rusiya Kiyevə növbəti dəfə hava hücumu edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb. Bildirilir ki, Ukrayna paytaxtına “Şahed” tipli kamikadze pilotsuz təyyarələr və raketlər zərbə endirib. Şəhərdə hava hücumu 3,5 saatdan çox davam edib. Məlumata görə, hücum dəf edilib.
Qeyd olunur ki, bu, dörd may günü ərzində Kiyevin üçüncü hava hücumudur.