Filippin sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

07:57 - 4 May 2023 - DÜNYA

Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bunu Respublika Vulkanologiya və Seysmologiya İnstitutunun yenilənmiş məlumatları sübut edir.

Zəlzələnin ocağı 42 km dərinlikdə yerləşibi. Zəlzələ İlokos və Caqayan Vadisi rayonlarının bəzi ərazilərində hiss olunub.

İlk zəlzələdən indiyədək bu əyalətdə maqnitudası 2,3-dən 4,2-yə qədər olan doqquz zəlzələ baş verib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xəbər xətti