ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb

22:55 - 3 May 2023 - DÜNYA

ABŞ hakimiyyəti Ukraynaya HIMARS raket sistemləri (MLRS), "Hydra" 70 raketləri, artilleriya mərmiləri və tank əleyhinə sistemlər üçün döyüş sursatı olan yeni 300 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun dərc olunmuş bəyanatlarında deyilir.

Yardım paketinə həmçinin, "HIMARS üçün əlavə döyüş sursatı", 155 mm artilleriya mərmiləri, 120 mm, 81 mm və 60 mm minaatan mərmiləri, TOW tank əleyhinə raket sistemləri, AT-4 tank əleyhinə sistemlər daxildir.

Bundan əlavə, ABŞ Kiyevə həm təyyarələrdə, həm də helikopterlərdə quraşdırıla bilən idarə olunmayan “Hydra 70” raketlərini, onun üçün atıcı silah və patronları, yük maşınlarını, avadanlıqların təmiri üçün avadanlıqları, ehtiyat hissələrini və digər vasitələrlə vermək niyyətindədir.

Xəbər xətti