Moskvaya uçan təyyarə Soçidə məcburi eniş edib

21:35 - 3 May 2023 - DÜNYA

İstanbul-Moskva marşrutu ilə uçan "RedWings" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Soçi hava limanına təhlükəsiz eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sərnişinlər reyslərin gözləmə zonasında yerləşdirilib.

Hazırda təyyarə ekspertlər tərəfindən yoxlanılır.

Təyyarənin göyərtəsində 44 sərnişinin olduğu qeyd edilir.

Xəbər xətti