ABŞ Rusiyaya səfər edəcək vətəndaşlarına xəbərdarlıq edib

20:53 - 3 May 2023 - DÜNYA

ABŞ hökuməti ABŞ vətəndaşlarına, o cümlədən jurnalistlərə “haqsız yerə həbs” təhlükəsi səbəbindən Rusiyaya səfər planlarına yenidən baxmağı tövsiyə edir.

Ucnoqta.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bu barədə “The Washington Post”a müsahibəsində deyib.

“Hökumət olaraq biz, əlbəttə ki, hər bir ABŞ pasportuna malik olan şəxsə belə təcrübənin həyata keçirildiyi bir sıra ölkələrə səfər etmək planlarına ciddi şəkildə yenidən baxmağı tövsiyə edirik. Biz jurnalistlərə də bunu tövsiyə edirik”, - Blinken bildirib.

Xəbər xətti