Ukrayna MDB Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxdı
Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib. Deputatın sözlərinə görə, Ukrayna MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxıb.
“Rada Ukrayna Ali Radasının MDB-yə üzv dövlətlərin parlamentlərarası assambleyası haqqında sazişdən çıxması haqqında qanun layihəsini dəstəkləyib. 280 deputat lehinə səs verib”, - Jeleznyak bildirib.