Ukrayna PUA-ları Kremlə zərbə endirməyə cəhd edib - AÇIQLAMA

15:41 - 3 May 2023 - DÜNYA

Ukraynanın iki PUA-sı Kremlə zərbə endirməyə cəhd edib

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbçilər və xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində pilotsuz aparatlar zərərsizləşdirilib.

Kremldən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin bu hücum nəticəsində xəsarət almayıb.

"Putinin iş qrafiki dəyişməyib, həmişəki kimi davam edir".

Rəsmi Kreml hücumu planlaşdırılan terror aktı, Rusiya prezidentinin həyatına qəsd adlandırıb.

Xəbər xətti