Yeni Zelandiya 9 rusiyalıya qarşı sanksiya tətbiq edib

14:49 - 3 May 2023 - DÜNYA

Yeni Zelandiya Ukraynadakı münaqişə ilə əlaqədar 18 Rusiya müəssisəsinə və 9 vətəndaşına qarşı yeni sanksiyalar elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Naniya Maxuta bildirib.

Nazir bildirib ki, Yeni Zelandiya Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 18 Rusiya müəssisəsi və 9 vətəndaşına qarşı əlavə sanksiyalar tətbiq edib. Sanskiyalar FSB, Xarici Kəşfiyyat Xidmətinin bir sıra rəhbərlərinə, silah və hərbi texnologiyanın yaradılması və alınmasında iştirak edən vətəndaşlara tətbiq edilir.

Nazir həmçinin qeyd edib ki, Ukraynadakı hərəkətlərdə Rusiyaya birbaşa hərbi dəstək verən bir sıra İran vətəndaşları və müəssisələrinə qarşı da yeni sanksiyalar tətbiq olunacaq.

Xəbər xətti