BMT-nin baş katibi Antonio Quterreş Sudan və regiondakı vəziyyətlə bağlı bir sıra məsləhətləşmələr aparmaq üçün çərşənbə günü Keniyanın paytaxtı Nayrobiyə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diasporla İş üzrə Nazirlər Kabinetinin naziri Alfred Mutua məlumat verib.
Bildirilir ki, BMT-nin baş katibi Antonio Quterreş iki günlük səfərlə Keniyaya gəlib.
Xarici işlər naziri Keniya prezidenti Vilyam Rutonun BMT-nin baş katibi ilə danışıqlar aparacağını bildirib.