NATO gələn il Yaponiyada nümayəndəliyini açmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiyanın biznes qəzeti Nikkei məlumat yayıb.
Qeyd olunur ki, nümayəndəlik əlaqə bürosu funksiyalarını yerinə yetirəcək, onun vasitəsilə NATO ölkələri və Yaponiya müxtəlif məsələlər üzrə məsləhətləşmələr apara biləcəklər. Alyansın regiondakı digər müttəfiqləri, xüsusilə Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın da Tokio Əlaqə Bürosu vasitəsilə bu cür məsləhətləşmələrdə iştirak edə biləcəyi vurğulanır.
Müvafiq qərar iyunun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitinə qədər rəsmən təsdiqlənə bilər.
Ofisin özünün açılışı gələn il üçün nəzərdə tutulub. Qeyd edilir ki, NATO-nun oxşar əlaqə ofisləri hazırda Nyu-York, Vyanada, həmçinin Gürcüstan və Ukraynada yerləşir.