Türkiyə öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
"Biz üçüncü ölkələrə uçuşlar üçün Ermənistan üçün hava məkanını bağlamışıq. Lazım gələrsə, ölkəmizə təyyarələr buraxacağıq, lakin Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları olduğu müddətdə təyyarələrin və şəxsi təyyarələrin məkanımızdan keçməsinə icazə verməyəcəyik. Onları dayandırmasalar, başqa tədbirlər görəcəyik” - Çavuşoğlu qeyd edib.