İran prezidenti Suriyaya getdi - son 13 ildə ilk dəfə ...

12:03 - 3 May 2023 - DÜNYA

İran prezidenti İbrahim Rəisi Suriyaya səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü səhər Suriyanın SANA agentliyi məlumat yayıb. Prezidentlər İbrahim Rəisi və Bəşər Əsəd mayın 3-4-də ikitərəfli strateji əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparacaqlar.

Rəisini xarici işlər və müdafiə nazirləri Hossein Amir Abdollahian və Mohammad Reza Ashtiyani, habelə neft naziri Cavad Ouji də daxil olmaqla böyük bir nümayəndə heyəti müşayiət edir.

Bu, İslam Respublikası prezidentinin son 13 ildə Suriyaya ilk səfəridir.

Xəbər xətti