Səudiyyə Ərəbistanının Sudandakı mədəniyyət nümayəndəliyinə silahlı şəxslər tərəfindən hücum edilib, əmlakın bir hissəsi oğurlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, çərşənbə axşamı səhər saatlarında bir qrup silahlı şəxs Səudiyyə Ərəbistanının Sudandakı mədəniyyət nümayəndəliyinin binasına hücum edib. Məlumata görə, hücum edənlər müşahidə kameralarını və digər avadanlıqları sındırıb, nümayəndəliyin əmlakının bir hissəsini oğurlayıb, “sistem və serverləri” sıradan çıxarıblar.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi hücumu pisləyib və diplomatik nümayəndəliklərin bütövlüyünə hörmət etməyə çağırıb.