Qərb Rusiyaya qarşı 11-ci sanksiyalar paketini hazırlayır - KİV

10:02 - 3 May 2023 - DÜNYA

ABŞ və müttəfiqləri Rusiyaya qarşı artıq tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək edən boşluqlara yönəlmiş 11-ci sanksiyalar paketini hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg Aİ rəsmilərinə istinadən məlumat yayıb. Bundan əlavə, Rusiya ərazisindən çoxlu malların tranzitini məhdudlaşdırmaq və transponderləri söndürən gəmilərə nəzarət etmək planlaşdırılır.

Qeyd olunur ki, bu tədbirlərin qəbulu Aİ-yə üzv olan bütün dövlətlərin dəstəyini tələb edəcək. Agentliyin məlumatına görə, 30-a yaxın Rusiya vətəndaşına qarşı fərdi sanksiyaların tətbiqi də planlaşdırılır.

ABŞ və Yaponiyanın da Rusiya Federasiyasına qarşı öz sanksiya paketlərini hazırladıqları, Kanadanın isə Rusiya müdafiə sənayesinə qarşı insan haqları tədbirləri və sanksiyalar üzərində işlədiyi məlumdur.

Xəbər xətti