ABŞ-nın Lenqli şəhərində yüngül mühərrikli təyyarə eniş zamanı pikap avtomobilinə çırpılıb
Ucnoqta.az xəbər verir ki, bu barədəCBC telekanalı məlumat yayıb. Məlumata görə, nəticədə 3 nəfər yaralanıb.
Qeyd edilir ki, "Cessna 182" təyyarəsi eniş zamanı yerli hava limanından kənarda yerləşən magistral yolda hərəkət edən pikapın damına çırpılıb. Toqquşma nəticəsində təyyarə qəzaya uğrayaraq yanıb, təyyarədə pilot və sərnişin olub, onlar xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü də xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.