ABŞ Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketini açıqlayacaq

22:51 - 2 May 2023 - DÜNYA

ABŞ administrasiyası mayın 3-də Ukraynaya 300 milyon dollar məbləğində növbəti hərbi yardım paketini elan etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Administrasiya Ukraynaya artilleriya və minaatan sursatları, yük maşınları, ağır texnika, ehtiyat hissələri və Hydra-70 raketlərindən ibarət 300 milyon dollarlıq hərbi yardım paketi elan etmək niyyətindədir.

Xəbər xətti