Ukraynadakı münaqişə 2023-cü ildə başa çatmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley “Foreign Affairs” jurnalına müsahibəsində bildirib.
“İnanıram ki, tərəflərdən hər hansı birinin öz siyasi məqsədlərinə çatması - müharibə isə siyasi məqsədlərə hərbi yolla nail olmaq deməkdir - çox çətin olacaq, çox ağır olacaq. Düzünü desəm, bunun bu il baş verəcəyi şansının olduğunu düşünmürəm”, - Milley bildirib.