Ukrayna Suriya ilə ticarət gəmiçiliyinə dair razılaşmadan çıxdı

19:31 - 2 May 2023 - DÜNYA

2022-ci ilin yayında Dəməşqin Donbass respublikalarını tanımasından sonra Ukrayna Suriya ilə iki sazişdən, o cümlədən ticarət gəmiçiliyinə dair razılaşmadan çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ukrayna Ali Radasındakı nümayəndəsi Taras Melnıçuk bildirib.

"Ukraynanın Ali Radası ümumilikdə Ukrayna Nazirlər Kabineti ilə Suriya Ərəb Respublikası hökuməti arasında ticarət gəmiçiliyi haqqında Sazişin ləğvi haqqında hökumət qanun layihəsini qəbul edib", - o, Teleqram kanalında yazıb.

Melniçukun sözlərinə görə, Ukrayna Ərəb Respublikası ilə ticarət-iqtisadi və texniki əməkdaşlıq haqqında sazişdən də çıxıb.

Xəbər xətti