Sudanda ölən mülki vətəndaşların sayı 447-yə çatıb

16:32 - 2 May 2023 - DÜNYA

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 447-yə yüksəlib.

Ucnoqta.az xəbər verri ki, bu barədə Sudandakı həkimlər birliyi məlumat yayıb.

Məlumata görə, toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 447-yə, yaralıların sayı 2255-ə çatıb.

Xəbər xətti