Tbilisinin mərkəzində atışma olub: iş adamı yaralanıb

16:27 - 2 May 2023 - DÜNYA

Gürcüstanın Vake rayonunda, Şatberaşvili küçəsində atışma baş verib, nəticədə bir nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu hadisə ilə bağlı iki maddə - qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və qanunsuz odlu silah əldə etmə/saxlama kimi təhqiqat aparılıb.

Yaralının iş adamı Demur Xabuliani olduğu ehtimal edilir.

Dilar Xabuliani Vahid Milli Hərəkatın yaratdığı “Birlikdə Güc” blokunun hazırkı parlament üzvüdür.

Xəbər xətti