Fransada pensiya islahatına qarşı 1 May etirazlarında baş verən iğtişaşlar zamanı azı 540 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.
Məlumata görə, onlardan 300-dən çoxu paytaxtda saxlanılıb. İğtişaşlar zamanı 406 polis və jandarm yaralanıb. Etirazçılar arasında yaralananların sayı 60 nəfəri ötüb.
Fransada pensiya islahatına qarşı keçirilən növbəti ümumi etiraz aksiyası bir çox şəhərlərdə iğtişaşlarla müşayiət olunub.
Fransada pensiya islahatına qarşı İşçi Bayramı etirazlarında təxminən 800 000 adam iştirak edib, onlardan 100 000-dən çoxu Paris küçələrinə çıxıb.