Gürcüstan və İsrail azad ticarət sazişinin imzalanması üçün hazırlıqları başa çatdırıb

09:58 - 2 May 2023 - DÜNYA

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat azad ticarət sazişi üzrə tədqiqatların başa çatdırılması haqqında bəyannamə imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Darçiaşvili və Barkat, həmçinin iqtisadi sahədə, o cümlədən qarşılıqlı ticarət, investisiya və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.

Səfər zamanı Darçiaşvili İsrailin xarici işlər naziri Eli Koen və İsrail prezidenti Yitzhak Hersoq ilə görüşməyi planlaşdırır.

Xəbər xətti