Vaşinqton tezliklə Kiyevə əlavə hərbi yardım paketləri təqdim edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı tezliklə siz bizdən yeni silahların göndərilməsini görəcəksiniz deyib.
O, həmçinin əlavə edib ki, Vaşinqton Kiyevə Ukrayna Silahlı Qüvvələrinin yazda həyata keçirmək istədikləri hücum əməliyyatları üçün istədiklərinin demək olar ki, hamısını təmin edib.