Rus ordusunun Baxmuta hücumunun qarşısı alınıb

23:18 - 1 May 2023 - DÜNYA

Rusiya ordusunun Baxmut üzərinə irəliləməsi dayanıb və uğursuzluğa düçar olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

Con Kirbinin sözlərinə görə, Rusiya ordusu beş aylıq müharibədə Baxmut yaxınlığındakı döyüşlər zamanı 100 min hərbçisini itirib.

Xüsusilə, dekabrdan indiyədək 20 min nəfər məhv edilib. Onlardan yarısının "Vaqner" hərbi dəsrəsinin muzdluları olduğu məlumdur.

Xəbər xətti