Ərdoğan yeni milli döyüş təyyarəsinin adını açıqlayıb

18:33 - 1 May 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı yeni beşinci nəsil milli döyüş təyyarəsinin adını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

"Biz milli döyüş təyyarəmizə KAAN adını verdik" - prezident deyib.

Ərdoğanın sözlərinə görə, təyyarə müasir texnikaya, yüksək manevr qabiliyyətinə və nişan alma dəqiqliyinə malikdir.

Prezident qeyd edib ki, təyyarə sınaqları başa çatdıqdan sonra Türkiyə tərəfindən qəbul ediləcək və ölkə dünyada beşinci nəsil təyyarə istehsal edən beş ölkə sırasında yer alacaq.

Türkiyə lideri həmçinin qeyd edib ki, yerli istehsal olan “Hürjet” döyüş təlimi qırıcıları dövlətin xidmətində olan F-16 təyyarələrini qismən əvəz edə biləcək.

Xəbər xətti