Filippinin paytaxtı Maniladakı Ninoy Aquino Beynəlxalq Hava Limanının üçüncü terminalında elektrik enerjisində fasilə yaranıb.
Ucnoqta.az xəbər verir ki, Manila Beynəlxalq Hava Limanının İdarəsindən (MIAA) verilən açıqlamada, səbəbi hələ müəyyən edilməmiş terminalda texniki nasazlığın baş verdiyi qeyd edilib. Hava limanında bir çox reysdə gecikmələrin yaşandığı, fasilə səbəbindən 46 reysin ləğv edildiyi bildirilib.
Elektrik enerjisinin təxminən 8 saat sonra bərpa olunduğu öyrənilib.