Çində kimya zavodunda partlayış - 5 nəfər ölüb

14:51 - 1 May 2023 - DÜNYA

Çində kimya zavodunda partlayış baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Məlumata görə, Çinin şərqindəki Şandun əyalətində Sinocem kimya korporasiyasının hidrogen peroksid məhlulu istehsal edən müəssisəsində baş vermiş partlayış və yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daha bir nəfər itkin düşüb.

Zərərçəkənə tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Xəbər xətti