Yaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırır
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onların üçtərəfli əməkdaşlığı, eləcə də regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Məlumata görə, Yaponiyanın baş naziri Fumio Kişida mayın ikinci yarısında Xirosimada keçiriləcək Yeddilik Qrupunun (G7) sammiti zamanı Xirosimada ABŞ prezidenti Co Bayden və Cənubi Koreya lideri Yun Sok Yol ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Onların üçtərəfli əməkdaşlığı, həmçinin regional məsələləri, o cümlədən Şimali Koreyanın nüvə raket proqramı və Tayvan ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.