İranın Səudiyyə Ərəbistanındakı səfirlikləri və konsulluqları yenidən fəaliyyətə başlayıb

13:44 - 1 May 2023 - DÜNYA

İranın Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və Tehranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi öz işini bərpa edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRİB-ə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani məlumat verib.

Kənani bildirib ki, bu, nümayəndəliklərin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir. 

Xatırladaq ki, martın 10-da Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıblar.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2016-cı ildə kəsilib. 

Xəbər xətti